Güclü külək Salyanda internetin verilişində problemlər yaradıb

Güclü külək Salyanda internetin verilişində problemlər yaradıb.

“Report”un Aran bürosunun məlumatına görə, bu gün axşam saatlarında yağışla müşahidə olunan güclü külək nəticəsində şəhərin bir hissəsi daxil olmaqla, rayonun Aşağı Kürkənd və Qalalı kəndlərində internetin verilişində fasilələr yaranıb.

Hazırda texniki problemin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

ƏvvəlkiSahibə Qafarova Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub ünvanlayıb
NövbətiCəlilabad və Biləsuvarda dolu fəsadlar törədib