Göygöldə həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb

Göygöl rayonunda həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb.

Türk.az-ın məlumatına görə, rayonun Tülallar kəndində 1988-ci il təvəllüdlü İntiqam Məmmədovu bıçaqlayan, 1987-ci il təvəllüdlü Elnur Mirzəli oğlu İsayev saxlanılıb.

Qeyd edək ki, hadisə kənddə keçirilən doğum günü mərasimində baş verib. Sərxoş olan hər iki şəxs arasında mübahisə yaranıb və onlardan biri bıçağa əl ataraq digərini yaralayıb.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiKanada Azərbaycanın notasına cavab verib: Qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımırıq – EKSKLÜZİV
NövbətiQubada yağışlı hava yol qəzasına səbəb olub – VİDEO – FOTO