Göyçayda qoyun sürüsünün altında qalaraq ölən şəxs müğənni imiş

Göyçayda qoyun sürüsünün altında qalaraq ölən Səməndər Məmmədovun müğənni imiş.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, S.Məmmədov uzun müddət Göyçayda müğənnilik edib.

Qeyd edək ki, hadisə rayonun Şəhadət kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1938-ci il təvəllüdlü S.Məmmədov qoyun sürüsünün altında qalaraq yıxılıb və xəsarət alıb. Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 82 yaşlı şəxs orada vəfat edib.

ƏvvəlkiRespublika fənn olimpiadalarının final mərhələsi keçiriləcək
NövbətiAtəşkəs rejimi 24 dəfə pozulub