Götürdüyü krediti qaytarmasına baxmayaraq “Unibank” məhkəmə qərarı ilə vətəndaşın təqadünə əl qoyub+VİDEO

Bankların vətəndaşları aldatması ilə bağlı dəfələrlə mətbuatda və sosial mediada yazılmasına baxmayaraq hələ də bank və vətəndaşlar arasında baş verən mübahisələr gündəmdən düşmür.Vətəndaşların aldanmasında məhkəmələrin də böyük rolu vardır. Bankların iddiası əsasında bankla vətəndaş arasında baş verən mübahisəli məsələlərə baxılarkən vətəndaşlar prosesə çağırılmır və əksər hallarda bankların müştəriyə qarşı iddiası təmin olunur. Bu cür qalmaqallı proseslərdən biri də “Unibankla” təqaüdçü,Qaradağ rayon sakini Qəhrəmanov Firəddin Süleyman oğlu arasında baş verib. F.Qəhrəmanov bununla bağlı xeberdar.net-ə müsahibə verib.

Vətəndaş müsahibəsində bildirir ki,2014-cü ildə “Unibank”dan 2000 ABŞ doları kredit götürüb və qarafikə uyğun ödəyərək 2016-cı ilin sentiyabrında krediti tam olaraq bağlayıb.Hər ay ödəniş dolların kursuna uyğun olaraq manatla ödənilib.Onun əlində bununla bağlı bankdan verilmiş cədvəl də var .Lakin bir il sonar Qaradağ Rayon Məhkəməsi tərəfindən ona “Unibanka”borclu olması və borcu ödəməsi ilə bağlı çıxarılmış qərar göndərilib. F,Qəhrəmanov banka etiraz məktubu göndərsə də məhəl qoyan olmayıb.Bu il isə onun aldığı 200 manat təqaüdün 100 manatı özünün xəbəri olmadan banka yönəldilib.
Çarəsiz qalan F.Qəhrəmanov baş verənlərə etiraz edir və aidiyyatı qurumları məsələni araşdırmağa,ona qarşı olan haqsızlığı aradan qaldırılmğa çağırır.

Təqaüdçünün videomüsahibəsini oxuculara təqdim edirik:

Xeberdar.net olaraq videoda adı çəkilən qurumları və şəxsləri dinləməyə və mövqeyini dərc etməyə hazırıq

Xeberdar.net

Əvvəlkiİranda İnstaqram da qadağan edilir
Növbətiİyulun 4-dən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı artırılır