Gənc jurnalist qətlə yetirildi

LGBT üzvü olan gənc jurnalist Avaz Hafizli öz əmisi oğlu tərəfindən bıçaqla qətlə yetirilib.

Yenipress.az xəbər verir ki, bu barədə onun dostları sosial şəbəkədə məlumat yayıblar.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumatında deyilir ki, qətl hadisəsi bu gün saat 16 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində qeydə alınıb.

Əvəz Hafizli əmisi oğlu Əmrulla Güləliyev tərəfindən bıçaqla qətlə yetirib.

Bildirilir ki, Ə.Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub və o, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb və Ə.Güləliyev tutularaq istintaqa təhvil verilib.

ƏvvəlkiAzərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında təkbətək görüş olub
NövbətiPrezident İlham Əliyev Rusiya Nazirlər Kabinetinin Əlaqələndirmə Mərkəzi ilə tanış olub