Gəncədə narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs saxlanılıb

Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Dövlət Yol Polisi Şöbəsinin (DYPB) əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan “Report”a verilən məlumata görə, şəhər sakini Ramil İsgəndərov idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edib və bununlada ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub.

Saxlanılan zaman sürücünün narkotik vasitənin təsiri altında olduğu da müəyyən edilib.

Həmin şəxs barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunan inzibati protokol baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Ruslan Həsənov sürücülük hüququndan 1 il müddətinə məhrum olmaqla 15 sutka inzibati qaydada həbs edilib

ƏvvəlkiAzərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfirliyində olub, Prezident Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar başsağlığı verib
NövbətiPrezident modul tipli təhsil müəssisələrinin quraşdırılmasına 5 milyon manat ayırıb