Gəncədə iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Daxili İşlər Nazirliyi Gəncədə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yol kənarında dayanmış şəhər sakinləri Bəxtiyar Bağırov və Q.Qurbanov Elçin Kərimlinin idarə etdiyi “Volkswagen” markalı avtomobillə vurulub. Nəticədə B.Bağırov aldığı xəsarətlərdən hadisə yerində ölüb, Q.Qurbanov xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Nizami (Gəncə) Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

ƏvvəlkiQəbələyə çəkilən dəmir yolu xəttinin istismara veriləcəyi vaxt açıqlandı
NövbətiMilli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilir