Gəncədə “Evdə qal” aksiyası davam edir

Koronavirus səbəbindən yaranmış vəziyyətlə əlaqədar bir sıra  maarifləndirmə tədbirləri davam etdirilir. Elə bu səbəbdən  “Könül də Nur” Xeyriyyə Cəmiyyəti və ictimai fəal Elçin Ləmbəranski Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşularaq yardım aksiyasında iştirak ediblər. Onlar “Evdə qal” aksiyası çərçivəsində Gəncədə xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq evdən çıxa bilməyən  tənha və yaşlı insanlara, eləcə də aztəminatlı ailələrə  yardım etdilər.  Yardım aksiyasında Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının fəal könüllüləri də  iştirak ediblər.

Ölkəmizin bir çox bölgələrində yardımları mütəmadi şəkildə keçirən Xeyriyyə Cəmiyyətinin əməkdaşları müxtəlif ərzaq məhsullarından ibarət bağlamalar gətirərək ümumilikdə 45 yaxın ailəyə yardım edib, onları sevindiriblər.

Bu təşəbbüsü minnətdarlıq hissi ilə qarşılayan insanlar göstərdikləri diqqət və qayğıya görə, ölkə rəhbərliyinə və aksiya nümayəndələrinə öz təşəkkürlərini ifadə ediblər.

ƏvvəlkiHicran Hüseynova: Biz ailə, xalq və dövlət olaraq birlikdə güclüyük
NövbətiSosial qayğıya ehtiyacı olan ailələrə sovqat çatdırılıb