Gəncə Zəfər Gününə hazırlaşır

Artıq Zəfər Günümüzün ilk ildönümünə sayılı saatlar qalıb. Bununla əlaqədar olaraq respublikanın hər bölgəsində olduğu kimi, Gəncə şəhərində də xüsusi hazırlıqlar gedir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin “İstiqlal” parkında şəhidlərin xatirəsinə həsr olunmuş “Memorial-Abidə Kompleksi” inşa edilib. 8 Noyabr tarixində kompleksin açılış mərasimi baş tutacaq.

Onu da qeyd edək ki, Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması ilə əlaqədar Gəncədə silsilə tədbirlər keçirilir. Silsilə tədbirlərin davamı olaraq noyabrın 8-də ümumşəhər tədbiri gerçəkləşəcək.

ƏvvəlkiBakıda Zəfər Gününə həsr edilən musiqili atəşfəşanlıq olacaq
NövbətiSalyanda Kürün səviyyəsi minimum həddən aşağı düşüb