Fransanın yeni səfiri Azərbaycana sentyabrın sonlarında gələcək

Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri Zaxary Qross sentyabrın sonlarında Bakıya gələcək.

Türk.azın məlumatına görə, Z.Qross etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.

Xatırladaq ki, Z.Qross bu vəzifədə Oreliya Buşeni əvəz edəcək.

O, daha əvvəl Fransanın xarici işlər üzrə baş müşaviri vəzifəsində çalışıb.

ƏvvəlkiTürkiyədə mikroavtobus aşıb, 8 nəfər ölüb, 5 nəfər yaralanıb
NövbətiAzərbaycanlı alim “Altay — türk xalqlarının qızıl beşiyidir” adlı 5-ci beynəlxalq elmi konfransda iştirak edib