Fransada koronavirus qurbanlarının sayı on min nəfəri ötdü

Fransanın xəstəxanalarında və tibbi-sosial müəssisələrində koronavirusdan ölənlərin sayı kəskin şəkildə artıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamentinin rəhbəri Jerom Salomon bildirib.

“Xəstəxanalarda 7 091 insan öldü”, – Salomon deyib. O, qeyd edib ki, ötən gün ərzində daha 607 xəstə ölüb.

Ölkədəki qocalar evlərində epidemiyanın başlanğıcından 3 237 insan xəstəlikdən vəfat edib. Beləliklə, Fransada koronavirusdan ölənlərin ümumi sayı 10 328 nəfər təşkil edib.

ƏvvəlkiNyu-Yorkda koronavirusdan ölənlərin sayı 5 479-a çatdı
Növbətiİşsiz vətəndaşlara birdəfəlik ödəmə veriləcək