Fransada futbolçu öldürüldü

Fransanın “Sent-Etyen” klubunun futbolçusu Vilyam Qomis silahlı atışmada öldürülüb.

Türk.az avropa mətbuatına istinadən xəbər verir ki, hadisə Var departamentində qeydə alınıb.

20 yaşlı gənc oyunçu ilə yanaşı, 14 yaşlı yeniyetmə də güllələnib. Fransa klubu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Atışma sentyabrın 9-dan 10-na keçən gecə baş verib.