Fransa ANAMA-ya minatəmizləmə alətləri göndərib

Fransa Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) minatəmizləmə prosesində istifadə olunan alətlər dəsti gönədrib.

Trend-in məlumatına görə, bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross “Twitter“də bildirib.

“Ötən həftə Fransa Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətini sürətləndirməyə kömək edəcək yüksək keyfiyyətli 300-dən çox minatəmizləmə alətini ANAMA-ya təqdim edib”, – deyə bildirilib.