“Fox News”un operatoru Kiyev yaxınlığında həlak olub

“Fox News”un operatoru Pyer Zakrjevski Kiyev yaxınlığında həlak olub.

Bu barədə telekanalın xəbərlər proqramının aparıcısı Con Roberts tviterdə bildirib.

Digər əməkdaş, telekanalın müxbiri Benjamin Holl isə döyüşlər zamanı yaralanılb.

Onun xəsarət alması ilə bağlı məlumatı Pentaqon da təsdiqləyib və əlavə edib ki, hadisə ilə bağlı məlumat toplayırlar.