Kiyevə kütləvi dron hücumu olub, dağıntılar var

Sentyabrın 9-dan 10-na keçən gecə Rusiya silahlı qüvvələri tərəfindən Kiyevin beş rayonuna kamikadze dronlarla hücum olub. Nəticədə dağıntılar, yanğınlar baş verib, xəsarət alan var.

AZƏRTAC xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko bildirib.

Onun sözlərinə görə, kamikadze dronlardan birinin qalıqları Şevçenko rayonunda çoxmərtəbəli binada mənzilə düşüb.

Paytaxtın Darnitski rayonunda isə kamikadze dronun qalıqları qeyri-yaşayış binasının üzərinə düşüb. İlkin məlumata görə, itki yoxdur.

Ukrayna hava hücumundan müdafiə qüvvələri Kiyev səmasında 20-dən çox “Şahed” dronunu məhv edib.

Ukrayna silahlı qüvvələrinin yaydığı məlumatda isə qeyd olunub ki, Rusiya hərbçiləri sentyabrın 9-dan 10-na gecə Ukrayna ərazisinə 32 kamikadze dron ilə hücum ediblər. Onlardan 25-i zərərsizləşdirilib.

ƏvvəlkiSabah Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun iclası keçiriləcək
NövbətiLənkəranda erkən nikahla mübarizə ilə bağlı tədbir keçirildi