Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıb

Formula 1 Azərbaycan Qran-Prisinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə qalib idmançının və komandanın şərəfinə müvafiq olaraq Meksika və Avstriyanın Dövlət himnləri səsləndirilib.

Mükafatları Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Maqsud Fərzullayev təqdim ediblər.

Qeyd edək ki, “Red Bull Racing” komandasının meksikalı pilotu Serxio Peres Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub. Onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”nin pilotu Şarl Lekler isə üçüncü pillədə yer alıblar.

ƏvvəlkiAzərbaycanlı gənclər “Mübariz İbrahimov” dronu ilə “TEKNOFEST- 2023”ün qalibi oldular
NövbətiLaçın yolundakı nəzarət-buraxılış məntəqəsində ermənilər belə yoxlanılır