Finlandiya Rusiya ilə sərhəddə hasar çəkəcək

Finlandiya Rusiya sərhədinin kritik hissələrində daha effektiv sərhəd maneələrinin quraşdırılmasını planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “MTV3” kanalı məlumat yayıb.

Şimali Kareliyanın Sərhəd Mühafizəsinin komandanı Marko Turunen bildirib ki, bu çox vacib qərardır:

“Şərq (Rusiya) sərhədində ya əsas ərazilərdə, ya da onlarla sərhədin çox hissəsini əhatə etmək üçün hasarlar çəkməyə başlamaq barədə qərarın verilməsi əhəmiyyətlidir. Bu, bizim üçün böyük dəyişiklikdir, ona görə də daha yüksək səviyyədə qərarlar tələb edir”.

Onun sözlərinə görə, yüksək riskli ərazilər və kritik zonalar, məsələn, sərhəd-keçid məntəqələri və onlara yaxın ərazilər üçün sərhəd maneələri nəzərdə tutulub.

ƏvvəlkiMayın 1–də Azərbaycanda COVID-19 əleyhinə 4 minə yaxın dozadan çox vaksin vurulub
NövbətiRusiya ordusunun baş qərargah rəisi Valeri Gerasimov Ukraynada yaralanıb