FIG Atletlər Komissiyasının üzvü Siyana Vasileva ölkəmizi Avropa Forumunda təmsil edib

Almaniyanın Münhen şəhərində təşkil edilən qarışıq idman növləri üzrə Avropa çempionatı çərçivəsində avqustun 19-dan 21-dək Avropa Atletlərinin Gənc Liderlərinin Forumu keçirilib.

Trend xəbər verir ki, 6 gimnastika növünün (bədii gimnastika, aerobika gimnastikası, akrobatika gimnastikası, kişi və qadın idman gimnastikası, batut gimnastikası) təmsil olunduğu Forumda müxtəlif idman növləri üzrə ümumilikdə 130 gənc atlet iştirak edib.

Tədbirdə ölkəmizi Avropa Gimnastikası tərəfindən bədii gimnastika üzrə seçilən Azərbaycan yığma komandasının məşqçisi, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Atletlər Komissiyasının üzvü Siyana Vasileva təmsil edib.

Forum çərçivəsində tədbirə dəvət olunan qonaqlar tərəfindən bacarıqların inkişaf etdirilməsi üzrə seminar keçirilib, gənc liderlərin layihələri təqdim edilib, görülən işlərin nəticələri ilə bağlı fikir mübadiləsi və qrup müzakirələri aparılıb.

ƏvvəlkiBirinci vitse-prezident Mehriban Əliyeva İslamiadada medal qazanan idmançılarımızı təbrik edib
NövbətiDövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib