FHN: Sumqayıtdakı müəssisədə radiasiya fonunun ölçülməsi məqsədilə müvafiq qüvvələr cəlb olunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən müəssisə ərazisində radiasiya fonunun normadan artıq olması barədə məlumat daxil olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, əraziyə baxış keçirilməsi və radiasiya fonunun ölçülməsi məqsədilə FHN-in müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

FHN tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Əlavə məlumat veriləcək.

ƏvvəlkiTürkiyə XİN: Qarabağda qondarma rejimin keçirdiyi “prezident seçkilərini” tanımırıq
NövbətiAzərbaycanın növbəti qələbəsi: Sabahdan Ağdam-Xankəndi yolu işə düşür