Ferstappen Formula 1-də ardıcıl ən çox qalibiyyət rekordu qazanıb

“Red Bull” komandasının pilotu Maks Ferstappen Formula 1 İtaliya Qran-Prisinin qalibi olub.

AZƏRTAC xəbər verir ki, hollandiyalı ardıcıl bir mövsümdə onuncu qələbəsini qazanıb – bu, “Formula 1” üçün rekord seriyadır.

Ferstappenin komanda yoldaşı meksikalı Serxio Peres Monzada ikinci olub. Üçüncü yeri “Ferrari”dən ispan Karlos Sayns tutub.

Hazırda mövsüm ərzində 14 yarışdan Ferstappen 12, Peres iki qələbə qazanıb.

Ferstappen hazırkı dünya çempionudur.

ƏvvəlkiQərbi Azərbaycanın etnomədəni mühitinə səyahət izləyicilərdə xoş təəssürat yaradıb
NövbətiXəzərdə batan şəxsin meyiti tapılıb