Fazil Məmmədov Azərbaycan Güləş Federasiyasının prezidenti vəzifəsindən istefa verdi

Sabiq vergilər naziri Fazil Məmmədov Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti vəzifəsindən rəsmən ayrılıb.

“Report”un məlumatına görə, bir müddət əvvəl F.Məmmədov istefa ərizəsi yazıb.

Artıq onun adı AGF-nin rəsmi saytından da çıxarılıb. Qurumda prezident əvəzi kimi əvvəllər I vitse-prezident vəzifəsində çalışmış Namiq Əliyev göstərilib. N.Əliyev bu gün güləşçilərlə federasiya rəhbəri kimi görüşərək, onlara Yeniyetmələrin III Yay Olimpiya Oyunları və dünya çempionatında uğurlar arzulayıb.

Qeyd edək ki, Fazil Məmmədov 2007-ci ildən Azərbaycan Güləş Federasiyasının prezidenti idi. O həm də Azərbaycan Otüstü Hokkey və Azərbaycan Velosiped İdmanı federasiyalarına rəhbərlik edir.

ƏvvəlkiFazil Məmmədov
NövbətiƏfqanıstanda seçki kampaniyası zamanı partlayış törədildi