Fatih Terim: “Heç olmasa, can qardaşlarımızı tapdıq”

Türkiyə “Qalatasaray”ının baş məşqçisi Fatih Terim UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi”yə rəqib olmalarına qeyri-adi formada reaksiya verib.

“Report” “Gsgazete.com”a istinadən xəbər verir ki, püşkatma mərasimini canlı izləyən 67 yaşlı mütəxəssis Azərbaycan təmsilçisinin adını görəndə buna çox sevinib.

“Neftçi” ilə rəqib olduq? Yaxşıdır. Heç olmasa, həmyerlilərimizi, can qardaşlarımızı tapdıq”, – o bildirib.

Qeyd edək ki, sentyabrın 17-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.

ƏvvəlkiKorrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi dəyişdi
NövbətiXəzər dənizində zəlzələ qeydə alınıb