“Exit-poll” keçirmək istəyən təşkilatlar artıq MSK-ya müraciət ediblər

Qanunvericiliyə görə, seçkilərlə bağlı “Exit-poll” keçirmək istəyən təşkilatlar səsverməyə 20 gün qalmış Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etməlidir.

AZƏRTAC xəbər verir ki, bunu Secki-2020.az saytına açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.

O bildirib ki, MSK-ya artıq bununla bağlı müraciətlər daxil olub. “Hazırda MSK bununla bağlı iş aparır. Yaxın günlərdə sənədlərini MSK-ya tam olaraq təqdim edən təşkilatların məlumatları KİV-lərə göndəriləcək”, – deyə R.Qasımov bildirib.

ƏvvəlkiAŞPA-nın müşahidə missiyasının üzvləri parlamentdə təmsil olunan partiyaların nümayəndələri ilə görüşüb
Növbətiİranda türk dilində kitab çap edən nəşriyyat və kitab evi qapadıldı – Sahibi həbs olundu