Ermənistanda yol qəzası baş verib, 3 nəfər gəbərib, 2-si yaralanıb

Ermənistanda Yerevan-Mehri avtomobil yolunda “KamAZ”la “BMW” markalı avtomobilin toqquşmasəı nəticəsində 3 nəfər ölüb, 2-si yaralanıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində “BMW” tamamilə, “KamAZ”ın isə kabinəsi yanıb. “BMW”nin sürücüsü və iki sərnişin hadisə yerində ölüb.

“KamAZ”ın sürücüsü və minik maşınının daha bir sərnişini yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

ƏvvəlkiBu il Azərbaycanda 35192 nikah və 9793 boşanma halı qeydə alınıb
NövbətiGürcüstan prezidentinin oğlu Yelisey sarayında işlə təmin olunub