Ermənistanda maye qaz bahalaşıb

Ermənistanda maye qazın qiyməti bahalaşıb.

“Report” xəbər verir ki, bunu “Jamanak” qəzeti yazıb.

“Hökumətin zəmanət verməsinə baxmayaraq, ölkədə maye qazın qiyməti ən azı 10 faiz bahalaşıb. Bunun səbəbi bu il mayın 1-dən yanacağın kubmetrlə deyil, kiloqramla satılmağa başlanmasıdır. Satışın ölçü vahidi dəyişməklə əlavə dəyər vergisi də artıb”, – qəzet vurğulayıb.

Hazırda Ermənistanda maye qazın bir kiloqramı 300 drama (60 sent-red.) satılır. Əvvəllər bu məbləğə 220 kubmetr maye qaz almaq olurdu. Bir kub metr maye qaz 720 qramdır.

Qeyd edək ki, bu barədə hələ iki ay əvvəl məlumat yayılmışdı.

ƏvvəlkiBakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb, Prezident İlham Əliyev Forumun açılışında iştirak edir – YENİLƏNİB
NövbətiGürcüstan Prezidentinə impiçment tələbi ilə aksiyalara başlanılıb