Ermənistanda avtomobil ağaca çarpılıb, iki hərbçi yaralanıb

Ermənistanın Vanadzor rayonunda (Qarakilsə) yol-nəqliyyat hadisəsi nəticəsində iki hərbçi xəsarət alıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, qəza dekabrın 25-də olub.

Bildirilib ki, hərəkətdə olan BMW markalı avtomobil küçədə ağaca çarpılıb. Nəticədə sürücü və sərnişin yaralanıb. Məlumata görə, hər iki yaralı Ermənistan ordusunun hərbçisidir.

Hadisənin səbəbi araşdırılır.

ƏvvəlkiBələdiyyə üzvü seçilən qadınların sayı açıqlanıb
NövbətiKİVDF qəzetlərlə bağlı qərar verdi