Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

Avqustun 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.
Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.

ƏvvəlkiAtəşkəs rejimi 34 dəfə pozulub
Növbəti“Azeri Light” neftinin bir barreli 46,46 dollara satılır