Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub

Avqustun 11-i saat 01:05-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonu Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

ƏvvəlkiMarşal Rəşid Dostum Əfqanıstana qayıdıb
NövbətiÖzbəkistan Azərbaycanla investisiya əməkdaşlığının inkişafında maraqlıdır