Energetika Nazirliyi yanında İctimai şura ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin rəhbərliyi arasında görüş təşkil edilib

Energetika Nazirliyi yanında İctimai şura ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin rəhbərliyi ilə görüş təşkil edildi.

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru cənab Cavid Abdullayev ölkədə həyata keçirilən bərpa olunan enerji layihələri barədə geniş məlumat verdi və ictimai şura üzvlərinin layihələr barədə suallarını cavablandırdı.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyiİclasda Energetika Nazirliyi əməkdaşları Cavid Abdullayev – Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru, İlham Mehdiyev – Azərbaycan Respublikasının Energetika Nazirliyinin Daxili nəzarət şöbəsinin xidməti yoxlamalar sektorunun müdiri, Qaragöz Bayramova – Azərbaycan Respublikası Energetika Nazirliyinin Daxili nəzarət şöbəsinin Xidməti yoxlamalar sektorunun məsləhətçisi, Zibeydə Süleymanlı – Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Dövlət qulluğu, hüquq və sənədlərlə iş şöbəsinin Dövlət qulluğu və kadr sektorunun müdiri Cavid Babayev – Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Strateji təhlil və proqnozlaşdırma şöbəsinin aparıcı məsləhətçisi iştirak edirdi.

Tədbirin sonunda ictimai şura ilə agentlik arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması qərara alındı.

ƏvvəlkiAzərbaycan və Özbəkistan muğam ifaçılarının konserti tamaşaçılara xoş anlar yaşadıb
NövbətiAzərbaycan Ordusunun zabiti özünü öldürüb