Elşən Gəncəvinin Milli Məclisə namizədliyi təsdiqləndi

İş Adamı, İctimai Xadim Elşən Gəncəvinin Milli Məclisə namizədliyi təsdiqləndi.

Türk.az xəbər verir ki, Elşən Gəncəvinin (Nəcəfov Elşən Hökumət oğlu) 9 fevral 2020-ci il tarixində keçiriləcək 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizədliyi rəsmən qeydə alınıb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu Cəbrayıl rayonu, Süleymanlı kəndində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” faültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi AMV Şirkətlər Qrupunun direktoru, “PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, “Oxu-magiya” kitabının yazarı, “AMVPRESS.AZ” informasiya portalının baş redaktoru, “PUBLIC” jurnalının təsisçisi, ictimai və iqtisadi layihələrin müəllifidir.

Qeyd edək ki, Elşən Gəncəvi 1 noyabr 2015-ci il tarixində keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Əvvəlki“Azərbaycan Dəmir Yolları”: Qala stansiyasında yol-nəqliyyat hadisəsi baş verib
Növbətiİran ABŞ-ın hərbi obyektlərinə zərbə endirməyə hazırlaşır