Elmar Vəliyevin səhhəti ilə bağlı yeni məlumat

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevinsəhhəti normaldır və müalicəsini davam etdirir”.
Türk.az xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev bildirib.
Millət vəkili mütəmadi olaraq E.Vəliyevin səhhəti ilə maraqlandığını deyib: “Hazırda müalicə davam edir. Elmar müəllim qısa müddətdə işə qayıdacaq”
Qeyd edək ki, Yunis Səfərov adlı şəxs iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hüquq-mühafizə orqanlarının birgə məlumatında fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayəti məqsədyönlü şəkildə həyata keçirdiyi, əvvəlcədən planlaşdırılmış terror aktı olduğu qeyd edilib.
ƏvvəlkiErmənistan silahlı bölmələri atəşkəsi 81 dəfə pozub
NövbətiƏrdoğan Azərbaycana yola düşdü