Eldar Sultanovun 55 yaşı tamam olur

Bu gün Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri, daim media ilə mütəmadi əməkdaşlıqda maraqlı olan Eldar Sultanovun 55 yaşı tamam olur.

APA-nın məlumatına görə, Eldar Sultanov 1963-cü il martın 16-da Gürcüstanın Marneuli rayonunda anadan olub. 1969-1979-cu illərdə orta təhsil alıb. E.Sultanov Azərbaycan Aqrar Universitetinin iqtisadiyyat və Bakı Dövlət Universitetinin hüquq fakültələrini bitirib. 1983-cü ildən dövlət qulluğunda, o cümlədən vergi orqanlarında çalışan E.Sultanov 2001-2006-cı illərdə Milli Məclis sədrinin köməkçisi, 2007-ci ildən isə prokurorluq orqanlarında – Baş Prokurorluğun Təşkilat Analitik İdarəsinin prokuroru vəzifəsində xidmətə başlayıb.

E.Sultanov 2008-ci ildən Baş Prokurorluğun Mətbuat xidmətinə rəhbərlik edir. Bu müddət ərzində o, Kütləvi İnformasiya Vasitələri ilə qarşılıqlı münasibətlərin daha da yaxşılaşmasına və yüksək əməkdaşlığa nail ola bilib.

ƏvvəlkiPrezident İlham Əliyev Paraqvay Senatının sədrini qəbul edib
NövbətiTəranə Qumral barəsində cinayət işi qaldırılıb