Eksternat imtahanlarının ilk mərhələsi keçirilib

Yanvarın 14-də ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat imtahanlarının ilk mərhələsi keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Trend-ə verilən məlumata görə, 220 nömrəli məktəb-liseydə təşkil olunmuş imtahanda 10 şagird 3 saat vaxt ərzində ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə test tapşırıqlarını yerinə yetiriblər.

Eksternat imtahanlarının nəticələrini BŞTİ tərəfindən yaradılmış komissiya 5 ballıq şkala üzrə qiymətləndirəcək.

Qeyd edək ki, iki mərhələdən ibarət olan eksternat imtahanlarının müsahibə mərhələsi bu gün (15 yanvar 2019-cu il) keçiriləcək.

ƏvvəlkiAtəşkəs rejimi 30 dəfə pozulub
NövbətiPolşa səfirliyi Şengen vizasının verilməsində yaranan problemlərə aydınlıq gətirib