Ekspert: “Rusiya Azərbaycan ərazisi ilə Türkiyə və Avropaya metal göndərəcək” – RƏY

“Trans-Sibir magistralı ilə daşınan yüklərin bir qisminin Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə daşınması Azərbaycan üçün əhəmiyyətli artım deməkdir”.

Bunu “Report”a açıqlamasında Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin (TRACECA) Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi, dəmir yolu üzrə ekspert Akif Mustafayev deyib.

O, bu barədə Rusiyanın paytaxtı Moskvada keçirilən, Trans-Sibir magistralının potensialı ilə BTQ-nin imkanlarının əlaqələndirilməsi barədə müzakirələrə münasibət bildirərkən danışıb. A.Mustafayevin sözlərinə görə, Trans-Sibir magistralının potensialı böyükdür və Rusiya tərəfinin iki ölkə arasında əməkdaşlığı gücləndirmək məqsədi ilə yüklərin bir hissəsini BTQ-yə yönətlməsi, bu marşrutla Türkiyə və Avropaya göndərmək istəməsi alqışlanmalıdır.

“Yaxın günlərdə həmin yüklərin Azərbaycana çatdırılması gözlənilir. Bunlar xüsusilə metallurgiya sahəsinə aid yüklər (metal) olacaq. Onlar Azərbaycan ərazisi ilə Türkiyə və Avropaya göndəriləcək. BTQ ilə daşınma Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlığın genişləndirməsinə töhfə verəcək”, – deyə ekspert qeyd edib.

Akif MustafayevTRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Akif Mustafayev

“Trans-Sibir magistralının potensialı ilə BTQ-nin imkanlarının əlaqələndirilməsi alqışlanmalıdır”

Akif MustafayevTRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Akif Mustafayev:

“Trans-Sibir magistralının potensialı ilə BTQ-nin imkanlarının əlaqələndirilməsi alqışlanmalıdır”.

Xatırladaq ki, Azərbaycanın Trans-Sibir magistralına qoşulması Gürcüstan və Türkiyə ilə əldə olunmuş razılığa əsasən həyata keçirilir. Söhbət eni müxtəlif (1435 və 1520 mm) olan iki dəmir yolu xəttinin əlaqələndirilməsindən gedir. Bu məsələ Moskvada “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru Oleq Belozyorovla keçirdiyi görüşdə müzakirə olunub. Trans-Sibir magistralının potensialı ilə BTQ-nin Şərq-Qərb formatındakı imkanları arasında sinergiya nəzərdən keçirilib. Həmin layihənin inkişafı ilə bağlı bu ilin aprel ayında Pekində (Çin) keçirilmiş “Bir Kəmər – Bir Yol” II Beynəlxalq Konfransı çərçivəsində hər iki ölkənin dövlət başçılarından tövsiyələr alındığı bildirilib.

C.Qurbanov rusiyalı həmkarına layihə üzrə görülən işlər barədə məlumat verib, hər üç layihə üzrə fəaliyyətin uğurla davam etdiyini bildirib. Görüş zamanı bu marşrutlar boyunca birgə inteqrasiya edilmiş logistika məhsulunun hazırlanması məqsədilə texniki, texnoloji və təşkilati məsələlər də müzakirə edilib. Layihələrin təşviqi məqsədilə sərgilər, konfranslar, brifinqlər və digər reklam xarakterli tədbirlərdə iştirak da daxil olmaqla, birgə fəaliyyət planı razılaşdırılıb. Bu cür tədbirlərin yaxın vaxtlarda, daha dəqiq dekabrın sonunda Tokioda (Yaponiya), yanvarın axırında isə Nyu-Dehlidə (Hindistan) keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, BTQ 2017-ci il oktyabrın 30-da istifadəyə verilib. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. Dəmir yolu xətti Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan xəttin 504 kilometi Azərbaycan, 263 kilometri Gürcüstan, 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yolla ilkin mərhələdə ildə 5 milyon ton yük daşınması nəzərdə tutulur. Tədricən bu rəqəm 15-20 milyon tona çatmalıdır.

ƏvvəlkiAzərbaycan Prezidenti Heydər Əliyevin anım günü münasibətilə facebook-da paylaşım edib
NövbətiBu gün Kiyevdə GUAM dövlət başçılarının sammiti keçiriləcək