ECOWAS Nigerə mümkün müdaxilə planı hazırlayıb

Qərbi Afrika İqtisadi Birliyi (ECOWAS) ölkələrinin qərargah rəisləri və yüksək rütbəli hərbi məmurları öz iclaslarında Nigerə hərbi müdaxilə ilə bağlı plan hazırlayıblar.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi ECOWAS nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, ECOWAS ölkələrinin liderləri Nigerdə gələcək tədbirlərlə bağlı yekun qərarı verəcəklər.

ƏvvəlkiGürcüstan mətbuatı: Təbii fəlakətlə bağlı ilk başsağlığı və yardım təklifi Azərbaycandan gəlib
NövbətiÜzgüçümüz dünya çempionatının qızıl medalını qazandı