ABŞ Nigerdəki vəziyyətin diplomatik yolla həllini mümkün hesab edir

ABŞ Nigerdəki vəziyyətin diplomatik yolla həllini mümkün hesab edir.

“Report” xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

“Biz hələ də diplomatiya üçün yer olduğunu düşünürük, diqqətin buna yönəlməsini istəyirik”, – C.Kirbi bildirib.

Qeyd edək ki, iyulun 26-da Nigerdə hərbçilər çevriliş edib. Onlar Niger Prezidenti Məhəmməd Bazumu girov götürüb. Onun sağ-salamat olduğu vurğulanır. M.Bazum 2021-ci ildə prezident seçilib, Fransa hakimiyyətinin yaxın müttəfiqi sayılır.

ƏvvəlkiMilli Məclisin deputatları açıq məktub yayıblar
NövbətiSuper Ay hadisəsi Azərbaycan ərazisində müşahidə olunur