e-lib.az saytı ictimaiyyətə təqdim olundu

Noyabrın 8-i tarixində “Nəşrlərin rəqəmsallaşdırılması və elektron kitabxananın təbliği” layihəsi nəticəsində yaradılmış e-lib.az saytı ictimaiyyətə təqdim olunmuşdur.

Layihə “Ulduz” İnformasiya-Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə dəstəyi ilə həyata keçirilmişdir.

Zoom platforması üzərində keçirilən təqdimat mərasimində QHT rəhbərləri və media nümayəndələri iştirak etmişlər. Layihə rəhbəri Samir Həsənov tədbir iştirakçıları 8 noyabr Zəfər bayramı münasibətilə ürəkdən təbrik edərək, onlara neçə belə xoş günlər arzulamışdır.

Sonra Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə ölkədə keçirililən bir çox faydalı layihələrin həyata keçirildiyi barədə iştirakçıları məlumatlandırmış və elektron kitabxanaların faydaları barədə məlumat vermişdir. Layihənin eksperti Yusif Süleymanlı saytın funksiyaları ilə tədbir iştirakçılarını tanış etmiş və suallarını cavablandırmışdır.

ƏvvəlkiBakıda Zəfər yürüşü keçirilib
NövbətiProkurorluq Rəşad Dağlı ilə bağlı məlumat yayıb