Düşmənin könüllülərdən ibarət qrupu atəş zərbəsi ilə məhv edildi

Ermənistan silahlı qüvvələrinin Əsgəran istiqamətində hərəkət edən 4-cü motoatıcı alayın avtomobil texnikası kolonu və Ermənistanın Sisian yaşayış məntəqəsi istiqamətindən işğal olunmuş ərazilərimizə doğru hərəkət edən könüllülərdən ibarət bir qrup Azərbaycan Ordusu tərəfindən atəş zərbəsi ilə məhv edilib.

“Report”un xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilib.

Məlumatda bildirilib ki, müqaviməti qırılan düşmən bölmələrində kütləvi fərarilik halları müşahidə olunur.

ƏvvəlkiRəcəb Tayyib Ərdoğan: Ermənistan Avropanın enerji təchizatını təhlükəyə atır
NövbətiDüşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib