Düşmənin Goranboyu raket atəşinə tutması dağıntılara səbəb olub

Bu gün saat 17 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması dağıntılara səbəb olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, Ermənistan silahlı qüvvələri növbəti dəfə Azərbaycanın mülki əhalisi yaşayan əraziləri hədəf alıb.

Goranboy rayonunun Tap Qaraqoyunlu kəndinə raket atılması nəticəsində ərazidəki ev və yardımçı tikililərə ciddi ziyan dəyib.

Qeyd edək ki, Tap Qaraqoyunlu kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 1967-ci il təvəllüdlü Ziyadova Flora Qaraş qızı həlak olub.

Əvvəlki“Qarabağ” “Vilyarreal”a uduzdu
NövbətiHeydər Əliyev Mərkəzinin binası və Bakı Olimpiya Stadionunun üzərinə Türkiyənin bayrağı videoproyeksiya olunub