Düşmənin atəşi nəticəsində Tərtərdə məcburi köçkünlər üçün salınan yaşayış kompleksinə böyük ziyan dəyib

Ön xəttə Azərbaycan Ordusunun həmlələri qarşısında tab gətirməyən düşmən cəbhəboyu ərazilərdəki yaşayış məntəqələrini, mülki insanların evlərini xaincəsinə artilleriya atəşinə tutur. Cəbhə bölgəsində yerləşən digər rayonlarda olduğu kimi, Tərtər rayonunda da yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində mülki şəxslərdən ölən və yaralananar olub, evlərə, infrastruktura ciddi ziyan dəyib.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, ilkin məlumata görə, Tərtər şəhərində və rayonun kəndlərində sakinlərə məxsus 91 ev dağılıb, 411 evə, 51 çoxmənzilli yaşayış binasına, 18 sosial, 7 istehsal, 27 ticarət obyektinə, 14 inzibati binaya ziyan dəyib. Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün salınan yaşayış kompleksinə də düşmənin artilleriya atəşi nəticəsində böyük ziyan vurulub. Yaşayış kompleksində olan 34 yaşayış binasından 29-u, eləcə də uşaq bağçası, inzibati bina, klub icma mərkəzi, qazanxana, həkim məntəqəsi, musiqi məktəbi, orta məktəb yararsız hala düşüb. Ermənistan yaşayış məntəqələrini atəşə tutmaqla müharibə cinayəti törədir, mülki insanlara qarşı terror vasitələrindən istifadə etdiyini və beynəlxalq humanitar hüququ kobudcasına pozduğunu nümayiş etdirir.

ƏvvəlkiQHT-lər beynəlxalq təşkilatların rəhbərlərinə müraciət etdi
NövbətiAzərbaycanda koronavirus infeksiyasına 122 yoluxma faktı qeydə alınıb, daha 47 nəfər sağalıb