Düşmənin aldadaraq gətirdiyi əsgər və könüllülərə silahı yerə qoymaq təklif edilib

Azərbaycanın Hərbi Komandanlığı Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən aldadılaraq ölkəmizin işğal olunmuş ərazilərinə gətirilən əsgər və könüllülərə də müraciət edərək silahı yerə qoymağı və təslim olmağı təklif edib.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Azərbaycan tərəfinə keçən mülki əhalinin təhlükəsizliyinin, qida, tibbi yardım və digər ehtiyaclarının təmin edilməsi üçün komandanlıq bütün müvafiq zəruri tədbirləri görməyə hazırdır.

ƏvvəlkiRusiyanın Azərbaycandakı səfirliyi Gəncədə Artur Mayakovun həlak olması ilə bağlı başsağlığı verib
Növbəti“Amerikanın səsi” üzr istədi