Düşmən alayının 3-cü taborunun şəxsi heyəti döyüş mövqelərindən qaçıb

Ermənistan silahlı qüvvələrinin Hadrutda yerləşən 1-ci motoatıcı alayının müdafiə sahəsində silah-sursat, ərzaq və yanacaq çatışmazlığı yaranıb.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Alayın 3-cü taborunun şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək qaçıb.

Eyni zamanda hərbi hissənin sürücüləri də döyüş və avtomobil texnikalarını ataraq döyüş zonasından qaçıb.

ƏvvəlkiPrezident İlham Əliyev: Bu gün Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad edib
NövbətiAzərbaycan və Rusiyanın XİN rəhbərləri arasında telefon danışığı olub