Dünyanın ən yaşlı sakini uzun yaşamağın sirrini açıqlayıb

Puerto Rikonun sakini Emilio Flores Markes dünyanın hazırda yaşayan ən yaşlı kişisi kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

“Report” “Guinness World Records”a istinadən xəbər verir ki, 1908-ci ilin 8 avqust tarixində dünyaya gələn Markes ailədə 10 uşağın böyüyü olub, ailənin şəkər qamışı fermasında çalışıb. 75 illik evlilikdən sonra həyat yoldaşını 2010-cu ildə itirən Markes dörd övlad, beş nəvə, beş nəticə sahibidir. Övladlarının ikisi hələ də sağdır.

Uzun yaşamağın sirrini bölüşən Markes həmişə sevgini kin-küdurətdən üstün tutduğunu deyib: “Atam məni sevgi ilə böyüdüb, hamını sevməyi öyrədib. Mənə də, bacı-qardaşlarıma da yaxşılıq etməyi, əl tutmağı, bölüşməyi nəsihət edib”.

Bundan əvvəl dünyanın ən yaşlı sakini olmuş rumıniyalı Dumitru Komenesku 2020-ci il 27 iyun tarixində, 112 yaşında dünyasını dəyişib.

ƏvvəlkiDövlət Vergi Xidməti maarifləndirici bukletlər hazırlayıb
Növbəti2 iyul – Azərbaycanda Polis Günüdür