Dünyada turizm sektorunun gəlirləri dörd ayda 195 milyard dollar azalıb

Dünyada turizm sektorunun gəlirləri COVID-19 pandemiyası səbəbindən cari ilin ilk dörd ayında 195 milyard dollar azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatı məlumat yayıb. Təşkilatın press-relizinə əsasən, yanvar-aprel aylarında xarici ölkələrə səyahət edən turistlərin sayı 97 faiz azalıb. Yəni, 2020-ci ilin ilk dörd ayında bu göstərici 44 faiz aşağı düşüb ki, bu da beynəlxalq turizm sektorundan gələn gəlirlərin təxminən 195 milyard dollar azalmasına səbəb olub.

Təşkilatın proqnozuna görə, bu il digər ölkələrə səyahət edən turistlərin sayı 850 milyondan 1,1 milyarda qədər, turizm sahəsinin gəlirləri isə 910 milyard dollardan 1,2 trilyon dollara qədər azala bilər.

Qeyd edək ki, 2019-cu ildə xarici ölkələrə səfər edən turistlərin sayı 1,5 milyard nəfər təşkil etmişdi. Bu, 2018-ci ildəki göstəricidən 4 faiz çox idi.

ƏvvəlkiABŞ koronavirusa görə Azərbaycana yardım göndərib
NövbətiAtəşkəs rejimi 27 dəfə pozulub