Dünyada koronavirusdan ölənlərin sayı 277 minə çatdı

Dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 4 043 068-dir.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Bildirilir ki, dünyanın ayrı-ayrı ölkələrində COVID-19-dan ümumilikdə 277 min nəfər ölüb, virusa yoluxmuş 1 milyon 400 min insan sağalıb.

ABŞ dünyada koronavirusa ən çox yoluxma hallarının sayı üzrə birinci yerdədir. Birləşmiş Ştatlarda COVID-19-a 1 324 362 nəfər yoluxub. Siyahıda ikinci yerdə İspaniya qərarlaşıb. Bu ölkədə 262 783 nəfərə koronavirusa yoluxma diaqnozu qoyulub. İtaliyada da virusa yoluxma yüksəkdir. Bu ölkədə 217 185 nəfər COVID-19 daşıyıcısı kimi qeydə alınıb. Siyahıda dördüncü yerdə 211 364 yoluxma ilə Böyük Britaniya, beşinci yerdə 198 676 virus daşıyıcısı ilə Rusiya qərarlaşıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

ƏvvəlkiTəhsil Nazirliyi tərəfindən 9 May qələbəsinə həsr olunmuş onlayn rəsm müsabiqəsi keçirilib
NövbətiMillətlər Kuboku: Teymur Rəcəbov ilk qələbəsini qazanıb