Dünyada koronavirusa yoluxanların sayı 635 milyona çatır

Noyabrın 13-də dünyada təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı 634 milyon 983 min 244-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə hesablamanı ABŞ-ın Cons Hopkins Universiteti aparıb.

Dünyada virusun yayıldığı gündən indiyədək 6 milyon 609 min 692 nəfər COVID-19-a yoluxmanın fəsadlarından dünyasını dəyişib.

30 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Fransa, Braziliya və Almaniya var.

Əvvəlki50 mindən çox şəxsə əlillik təyin olunub
NövbətiAvropa yeraltı qaz anbarlarını doldurmaqda davam edir