Dünya Bankının regional direktoru Azərbaycana gəlir

Fevralın 22-də Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda insan inkişafı üzrə direktoru Fadia Saadah Azərbaycana səfər edəcək.

“Report” xəbər verir ki, iki gün davam edəcək səfər çərçivəsində F.Saadahın bir sıra rəsmi şəxslərlə görüşü gözlənilir.

O, həmçinin Azərbaycan üzrə yeni hazırlanmış İnsan Kapitalı İcmalının təqdimatında iştirak edəcək.

İnsan Kapitalı İcmalının (HCR) məqsədi Azərbaycanda əsas insan kapitalı aspektlərinin vəziyyətini və bu sahədə çağırışları qiymətləndirmək, gücləndirilməsi zəruri olan prioritet istiqamətləri müəyyən etmək və ölkə üçün spesifik həll yollarını təklif etməklə Azərbaycan hökumətinə 2030-cu ilə qədər Milli Prioritetlərin və 2022-2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Strategiyasının həyata keçirilməsinə dəstək verməkdir.

ƏvvəlkiLaçın-Xankəndi yolu ilə bağlı Ermənistanın 7 qətnaməsi rədd edilib
Növbəti“Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuranın sədr müavini hesabat verib