Dünya avtomobil şirkətləri bu ilin ilk yarısında istehsalı 2 milyon azaldacaq

Dünya avtomobil şirkətləri 2021-ci ilin ilk yarısında avtomobil istehsalını 2 milyon azaldacaq.

Trend-in məlumatına görə, bu barədə “Oxford Economics” konsaltinq şirkətinin hesabatında deyilir.

Qeyd olunur ki, bu azalma 2020-ci ilin sonunda yaranmış yarımkeçirici qurğuların qıtlığı ilə əlaqədardır.

Bundan başqa, pandemiya dövründə və ötən ilin yaz-yay aylarında bir çox ölkədə sərt qapanmalar müddətində bəzi ölkələrdə avtomobil zavodları işlərini dayandırıb, şirkətlər isə yarımkeçiricilər üçün sifarişləri azaldıb:

“Mikrosxemlərin istehsal müddəti 6 aya çatır. Ona görə də dünya avtomobil sənayesi istehsal prosesini bərpa etdikdən sonra mikrosxem qıtlığı yaşanmağa başladı. Bu da öz növbəsində istehsalın azalmasına gətirib çıxaracaq”.

ƏvvəlkiBaş Prokurorluğun xəbərdarlıq etdiyi Xalidə Bayramova vəzifəsindən azad olundu
NövbətiTeledərslərin mayın 7-nə olan cədvəli