Dövlət Vergi Xidməti 9 mln manatlıq tenderə yekun vurub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti monitorinq, məsləhət və dəstək xidmətlərinin göstərilməsi, proqram təminatlarında əlavə və dəyişikliklərin edilməsi və lisenziyaların satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

“Report” vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Cybernet” MMC-dir.

Qalib şirkətə 8 mln 973,9 min manat ödəniləcək.

ƏvvəlkiAzərbaycan Beynəlxalq Bankının sədrinin səlahiyyətləri daha 3 il uzadıla bilər
NövbətiMedia nümayəndələri “Zəfər yolu”nun və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi ilə yerində tanış olmaq məqsədilə səfərə yola düşüblər