Dövlət İmtahan Mərkəzi “Rezidentura” xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edib

Dövlət İmtahan Mərkəzi “Rezidentura” xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, bu nömrədə Azərbaycanda rezidenturaya qəbul qaydaları, rezidentura üzrə ixtisas seçimi cədvəli, baza fənləri üzrə qəbul proqramları, qəbul imtahanında istifadə olunmuş bəzi test tapşırıqlarının izahı və tövsiyələr, test tapşırığı nümunələri və s. məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalları kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

ƏvvəlkiŞimali Kiprin Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib
NövbətiSadır Japarov Prezident İlham Əliyevə zəng edib